"5-10 nəfər şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür".
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Bütün məktəbdə 10 nəfər şagird, hər sinifdə isə 2 şagird varsa, ona necə musiqi dərsi keçək, xorda oxumağı, kollektiv oyunu necə öyrədək? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, dostu olacaq?! Ümumiyyətlə, onun gələcəyinə 10 nəfərlik məktəb necə təsir edəcək?! Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda 20 nəfərin işi olur. Amma bizim işimiz təhsilin keyfiyyətini qaldırmaqdır”, - deyə nazir bildirib.
Telegram kanalımız