RU

"Putin strateji kabusa düşüb: Qərb Kremlə qarşı strategiyasını dəyişməlidir" - "Foreign Policy" 

 
"Putin üçün güzəşt yoxdur - onu dayandırmaq yox, sadəcə, ona "davam gətirmək" lazımdır..."
 
Məğlubiyyəti qəbul etməyən lider
 
Moderator.az bildirir ki, "Foreign Policy" nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində heç vaxt kompromisə getməyəcək. Müharibənin dörd ili və on iki illik təcavüz göstərdi ki, itkilər, iqtisadi çöküş və beynəlxalq təcrid belə onu fikrindən döndərə bilmir.
 
Müəllif qeyd edir ki, Rusiya tarixində görünməmiş sayda hərbçisini itirib, iqtisadiyyatı dağılmaq üzrədir, Moskvanın təsiri isə Qafqazdan Yaxın Şərqə qədər zəifləyir. Kreml indi Çinin kiçik tərəfdaşına çevrilib və "strateji kabusa" düşüb.
 
Trampla uğursuz danışıqlar
 
Jurnal qeyd edir ki, bu inadkarlığın rəmzi Tramp və Putinin Alyska görüşünün fiaskosudur. Tramp Krımı Rusiyanın nəzarətində tanımaq və Donbasda güzəştlər təklif etsə də, Putin bunları rədd edib və "Rusiya -Ukrayna qardaşlığı" barədə növbəti tarix dərsinə başlayıb. Bu, Trampı qəzəbləndirib və növbəti sammiti ləğv etdirməyə səbəb olub.
 
Nəşr yazır ki, Putin "öz ideyasının əsiridir" - tarixi təhriflərə, konspiroloji düşüncələrə və imperiya fantaziyasına o qədər aludə olub ki, milyonlarla rusun ölümü belə onu dayandıra bilmir.
 
Onu sadəcə "gözləmək" qalır
 
Jurnalistlər bildirir ki, Qərb hələ də Putini inandırmaq strategiyasını davam etdirir, lakin artıq bu xülyadan imtina etmək vaxtıdır. Putin üçün "məğlubiyyət" anlayışı yoxdur, ona görə də onu dayandırmaq mümkün deyil - yalnız "zamanın axarına buraxmaq" olar.
 
Bu, Qərbdən uzunmüddətli sanksiyalar, Rusiyanın iqtisadi və siyasi təcridi, eləcə də onun müttəfiqlərinə təzyiqin artırılmasını tələb edir. "Foreign Policy" yazır: "Putini sadəcə gözləmək lazımdır - bu, bahalı yoldur, amma başqa çıxış da yoxdur. Uzunmüddətli baxışda bu, həm Ukraynanın qələbəsinə, həm də Rusiyanın demokratik gələcəyinə gətirib çıxaracaq".
Избранный
15
1
moderator.az

2Источники