RU

Rəsmi Moskvadan müharibəyə davam qərarı: Əməliyyat davam edəcək, çünki...

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Rusiya sülh istəyir, lakin Ukrayna danışıqlara qapını bağlayıb. O səbəbdən də xüsusi hərbi əməliyyat tam gücüylə davam etdiriləcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov  Moskvada jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın sülh istəmədiyi barədə açıqlamasınl rədd edən Peskov bildirib ki, bu, həqiqət deyil: "Biz bununla razı deyilik. Rusiya həqiqətən sülh istəyir və Ukrayna məsələsinin siyasi və diplomatik yollarla həllinə açıqdır. Ancaq Kiyev bu səyləri çətinləşdirir, onlar danışıqlara qapını bağlayıb. Buna görə də, dediyim kimi, xüsusi hərbi əməliyyatımızı davam etdirəcəyik. Əsas məqsədimiz təhlükəsizliyimizi  təmin etmək, gələcək nəsillər üçün rahat həyat yaratmaqdır. Bununçün də indi qarşımızda duran vəzifələri yerinə yetirməliyik"

Peskov qeyd edib ki, Ukrayna gec-tez danışıqlar masasına oturacaq.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
mia.az

1Источники