“Qəzzada ekoloji vəziyyət fəlakət həddinə çatıb, epidemiya riski isə yüksəkdir”.
Gundem.az xəbər verir ki, bu barədə anklavın Xan Yunis şəhərinin bələdiyyə sədri Əlaa-əl Batta “Əl-Cəzirə” telekanalına bildirib.
“Biz xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq əsl fəlakətlə üzləşirik”, - kanalın müsahibi vurğulayıb.
Onun sözlərinə görə, hərbi əməliyyatlar sektorda çox böyük dağıntılara səbəb olub ki, bu da zibil və tullantıların vaxtında daşınmasını çətinləşdirir:
“Vəziyyəti pisləşdirən digər bir amil bombardmanlar nəticəsində sektorun bitki örtüyünün 90%-nin məhv olmasıdır”.
Qeyd edək ki, daha əvvəl BMT-nin İnkişaf Proqramının (UNDP) Qəzza bölməsinin rəhbəri Alessandro Mrakiç anklavda tonlarla zibilin olduğunu, antisanitar şəraitin isə yerli əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirmişdi.