RU

Azərbaycan regionda ən güclü ordusu olan dövlət kimi qəbul olunur - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Bakıda Zəfərin 5-ci ilində keçirilən hərbi parad Azərbaycanın qələbəsinin təntənəsi idi. Azərbaycan beş il sonra da Vətən Müharibəsində bizə qələbə qazandıran şəhidlərimizi, qazilərimizi və bütün müharibə iştirakçılarımızı xüsusi minnətdarlıq hissi ilə yada saldı. Zəfərin beş illiyi ilə bağlı keçirilən bu parad möhtəşəmliyi ilə yanaşı, özünün gücünü bir daha bəyan etmiş oldu”.

Bunu Hafta.az-a hərbi ekspert Şair Ramaldanov Zəfərin 5-ci ildönümündə keçirilən hərbi paradı şərh edərkən bildirib.

Ş.Ramaldanov hərbi paradın iki əsas məqsəd daşıdığını vurğulayıb. Qeyd edib ki, ordunun, dövlətin gücü, təhlükəsizliyinin zəmanətidir. Onun sözlərinə görə, hərbi paradda əsas məqsəd ordunun inkişafının, gücünün dostlara nümayişi, eləcə də Azərbaycana yad gözlə baxanlara bir əzələ nümayişi idi.

Ş.Ramaldanov bu parad zamanı Azərbaycan ordusunda aparılan islahatların nəticəsinin göründüyünü qeyd edib. O, bunun Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin ordumuzun Türkiyə modelinə keçməsi ilə əlqədar qarşıya qoyduğu hədəflərə yönələn islahatlarla bağlı olduğunu bildirib:

“Hərbi sahədə aparılan islahatlar ordumuzun bütün istiqamətlərini əhatə edib. Paradda havada, dənizdə, quruda hərəkət edən hərbi texnika, silah və sursatların müsir tələblərə uğun olduğunu müşahidə etdik. Bu yeniliklər müasir tələblərə cavab verən 4+ nəslinə aid olan silhlar, raketlər, texnikalar, təyyarələrdir, artilleriya qurğuları, raket yayım qurğularıdır. Ona görə də Azərbaycan ordusu bu paradda bir daha inkişafını, gücünü göstərdi. Azərbaycan Ordusunun gücü dövlətin gücüdür. Yalnız güclü iqtisadi potensialı olan dövlət, güclü orduya sahib ola bilər”.

Ekspert Azərbaycanda güclü ordunun yaranma zərurətinin ölkə başçısı tərəfindən dəfələrlə vurğulandığını qeyd edib:

“O demişdi ki, bu gün ikilistandartların olduğu dövrdə beynəlxalq qanunlar işləmir, güc faktoru irəliyə çıxır və problemlərə “kim güclüdür, o doğrudur” prinsipi ilə yanaşırlar. Hər bir dövlət, o cümlədən də Azərbaycan suverenliyini, ərazi bütövlüyünü, maraqlarını qorumaq üçün ancaq güclü olmalıdır”.

Ş.Ramaldanov bildirib ki, ordumuzun inkişafı bu gün 50 güclü dövlətin silahlı qvvələri arasında özünəməxsus yer tutması ilə müşahidə olunur. "Təbii ki, bu güc hansısa dövlətə qarşı yox, özünün sərhədlərini qorumaq və regionda sabitliyi təmin etmək üçün istiqamətlənib. Azərbaycanın dövlət siyasəti qonşuluq, birgə əməkdaşlıq siyasətinə yönəlib. Azərbaycan Ali Baş Komandanı bu mənada daim bu sahənin inkişafına diqqətlə yanaşıb. Azərbaycan ordusunun kadr potensilanın hazırlanması, müasir silahlara yiyələnməsi 44 günlük müharibədə alınan təcrübədə öz əksini tapdı”, - ekspert bildirib.

Ekspert qeyd edib ki, bu gün Azərbycan regionda ən güclü ordusu olan dövlət kimi qəbul olunur. Bildiirb ki, Azərbaycan Ordusunun inkişaf yolu ulu öndər Heydər Əliyevin hərb siyasətinin əsasında başlanıb:

"Ulu öndərin dövründə Ordunun keçirdiyyi “Hadrut” əmliyyatı zamanı düşmənə böyük zərbə vurulmuş və düşmən Bişkek pratokoluna imza atmağa məcbur edilmişdi. Onun davamçısı, Prezident İlham Əliyev ordunu inkişaf etdirərək, müasir prinsiplər əsasında təkmilləşdirilməsini təmin elədi. Hələ Vətən Müharibəsinə qədər də Azərbaycan yeni silahlarla silahlanaraq aprel hadisələrində birinci sınağını keçirdi. Ondan sonra Prezident Orduya yüksək qiymət verərək demişdi ki, Azəbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Azərbaycan ordusu bu anonsu 44 günlük müharibədə bir daha təsdiq etdi. Azərbaycan ordusu Prezidentin dediyi kimi, müharibədən sonra ona nə lazım idisə alır. Artıq ordumuzun daha çox inkişaf etdiyini görürük”.

Избранный
28
hafta.az

1Источники