RU

MEDİA jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb

Medianın İnkişafı Agentliyi tanınmış jurnalist Emin İbrahimovun vəfatı ilə bağlı başsağlığı yayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə MEDİA-nın sosial hesablarında paylaşılıb.

"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi tanınmış jurnalist Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!" - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın tanınmış jurnalisti, "Euronews" telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

"Cebheinfo.az"

Избранный
17
19
cebheinfo.az

10Источники