RU

Bu universitetlərdə qəbul sayı azaldılacaq

2011‑ci ildə adam‑başı maliyyələşmə sisteminə keçid edilmişdik, amma adam‑başı ayrılan vəsaitin artım sürətini bu illər ərzində təmin etməmişik. Biz kəmiyyət dəyişiklikləri aparmışıq ki, daha çox tələbə gəlsin, daha çox vəsait ayrılsın, o müəllimə maaşı üçün də olsun.

Aktual.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev parlamentin bir neçə komitəsinin ortaq iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilib.

Nazir bildirib ki, bu sistem nəticəsində artıq tələbə sayını artırmaq mümkün olub, amma keyfiyyətli kadrlar yetişdirilməsi bu zaman kölgədə qalmamalıdır:

"İndi bu prosesin bir az tərsini getməyə məcbur olmuşuq. Məsələn gələcək illərdə Bakı Dövlət Universiteti, Azİ, Texniki Universitetində qəbul sayı gələcək illərdə azaldılması nəzərdə tutulur. Biz üçün əsas keyfiyyətin artırılması məqsədilə.

Nəticədə bir tələbəyə düşən xərclər artacaq. Çünki orada daha yüksək keyfiyyət tələb olunur".

Избранный
16
6
ulusum.az

10Источники