RU

Zelenski qəfil CƏBHƏ XƏTTİNƏ getdi, Rusiyanın PLANINI açıqladı - CANLI

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye istiqamətində cəbhə xəttində olub. Zelenskinin Orexovsk istiqamətində olduğu bildirilib.

“Rusiya Pokrovskda qələbə qazanmaq istəyir ki, ABŞ Prezidenti Donald Trampı Ukraynanın müharibəyə son qoymaq üçün qoşunlarını Donetsk və Luqansk bölgələrindən çıxarmalı olduğuna inandırsın”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Biz Ukraynanın şərqini tərk edə bilmərik. Bunu heç kim başa düşməyəcək, insanlar bunu anlamayacaq. Heç kim sizə bu və ya digər şəhər ələ keçirildikdən sonra onların daha da irəli getməyəcəyinə zəmanət verə bilməz. Ukrayna Pokrovskda çox çətin vəziyyətlə üzləşir. Qoşunların geri çəkilməsi ilə bağlı hər hansı bir qərar oradakı hərbi komandirlərin səlahiyyətindədir.

Heç kim onları xarabalıqlar naminə ölməyə məcbur etmir. Əsgərlərimizi, xüsusən də orada olan komandirləri vəziyyəti necə idarə edə biləcəkləri mövzusunda dəstəkləyəcəyəm. Bizim üçün ən vacib şey əsgərlərimizdir”, - o bildirib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Vaqif Hüseynlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Избранный
9
musavat.com

1Источники