RU

Mərkəzi Bank və IFC arasında tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AMB-dən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkədə IFC-in dəstəyi ilə həyata keçirilən təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində icra olunan layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək planlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin Mərkəzi Bank və IFC arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
49
3
azertag.az

4Источники