RU

Makronun “kosmosda müharibə” xəbərdarlığı – yeni soyuq savaşmı? – ÖZƏL

"Fransa Prezidentinin "gələcək müharibələr kosmosda başlayacaq" açıqlaması əslində bir gerçəkliyi açıq şəkildə etiraf edir: dünya birliyi Yer kürəsinin sərhədlərinə sığmır, qarşıdurma orbitə qalxıb...".

Bu fikirləri Olaylar.az-a açıqlamasında türkoloq, araşdırmaçı-yazar Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Makronun sözləri bəlkə tək Fransanın yox, bütün Qərbin narahatlığıdır. Çünki Rusiya 2022-dən bəri peyklərin yaxın izlənməsi, GPS pozuntuları və casusluq əməliyyatları ilə kosmosu faktiki "göy səngəri"nə çevirib. Üstəlik, nüvə silahını orbitdə yerləşdirmək hədəsi - təkcə Qərbə yox, bəşəriyyətə verilmiş bir şantaj ismarıcıdır.

Bəs bu nə deməkdir?

O deməkdir ki, artıq tankın, raketin, aviasiyanın başladığı savaş yerinə, belə deyək, siqnalın, peykin, orbitin savaşı başlayır. Kim kosmosu idarə edəcəksə, Yer üzünü də o idarə edəcək.
Fransanın 2030-cu ilə qədər kosmos hərbiyyəsinə əlavə 4,2 milyard avro ayırması da təsadüf sayılmaz - Qərb yeni "kosmik silahlanma yarışı"na başlamış kimi görünür.
Makronun açıqlaması bir siyasi ritorika da deyil - bu, nevşcə deyərlər, açıq deklarasiyadır: Beynəlxalq münasibətlər Yer üzündən orbitə daşınır. NATO artıq kosmosu "beşinci əməliyyat mühiti" elan edib; Çin öz kosmik ordusunu qurur; ABŞ strateji üstünlüyü əldən verməməyə çalışır;
Rusiyanı da yuxarıda dedik...
Beləliklə, bu sistemdə hər bir ölkə üçün bir gerçəklik yaranmaqdadır - böyük güclərin savaş xəritəsi artıq kosmosda çəkilir...

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
olaylar.az

1Источники