RU

Venesuela ABŞ yə qarşı müharibəyə hazırlaşır “Küçələrdə anarxiya yaradılacaq”

ain.az bildirir, Bakupost portalına istinadən.

ABŞ-ın narkotik qaçaqmalçılığı ilə mübarizə adı altında dünyanın ən böyük aviadaşıyıcısı olan “USS Gerald R. Ford” gəmisini Venesuela sahillərinə göndərməsi iki ölkə arasında gərginliyi daha da artırıb.Bakupost.az CNN telekanalına istinadən xəbər verir ki, döyüş gəmisini 9 aviasiya eskadrilyası, raket daşıyan “USS Bainbridge” və “USS Mahan” esminesləri, eraket hücumundan müdafiə komanda gəmisi “USS Winston S. Churchill” və 4 mindən çox dəniz piyadası müşayiət edir.Venesuela müdafiə naziri Vladimir Padrino Lopes ABŞ-ın Karibdəki hərbi güc nümayişini imperialist təhdid adlandırıb və mümkün müharibəyə qarşı ölkədə 200 min hərbçinin səfərbər olunduğunu bildirib. Səfərbərliyin iki gün davam edəcəyi, sonra vəziyyətə uyğun yeni planın tətbiq ediləcəyi vurğulanır.“Reuters” agentliyinin məlumatına əsasən, Karakas rəhbərliyi mümkün ABŞ müdaxiləsinə qarşı “gerilla müharibəsinə” hazırlaşır. Agentliyin əldə etdiyi sənədlərdə ölkə ərazisində 280-dən çox nöqtədə yaradılacaq kiçik hərbi qrupların koordinasiyalı şəkildə sabotaj əməliyyatları həyata keçirəcəyi qeyd olunur.Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, Venesuela rəhbərliyi küçələrdə anarxiya yaradaraq ölkəni xarici qüvvələr üçün idarəolunmaz vəziyyətə salmağı planlaşdırır. Bu çərçivədə silahlı yaraqlıların və xüsusi xidmət orqanları əməkdaşlarının da küçələrə çıxarılacağı qeyd edilir.Bununla yanaşı, Venesuela ordusunun ABŞ qüvvələri qarşısında hərbi üstünlüyə malik olmadığı vurğulanır. Hökumətə yaxın mənbələrdən biri “əgər bu, klassik müharibə olarsa, iki saat belə dözə bilmərik” deyib. Başqa bir mənbə isə rəsmi açıqlamaların əksinə olaraq, ölkənin belə bir müharibəyə hazır olmadığını bildirib.Qeyd olunur ki, Prezident Nikolas Maduro sələfi Uqo Çavesin yolunu davam etdirərək yüksək rütbəli ordu zabitlərini nazirliklərə və dövlət müəssisələrinə rəhbər təyin edib. Hökumət ordunun sədaqətinə güvənsə də, əslində vəziyyətin düşünüldüyü qədər ürəkaçan olmadığı deyilir. Hərbçilərin çox aşağı maaş aldığı, silah anbarlarının isə əsasən, Rusiyadan alınan texnikalardan ibarət olduğu bildirilir. Bu səbəbdən silahlı qarşıdurma baş verərsə, orduda fərarilik hallarının artacağı ehtimal olunur.Maduro daha əvvəl ölkəni müdafiə məqsədilə 8 milyon mülki vətəndaşa silah hazırlığı keçildiyini açıqlamışdı. Lakin mənbələr “küçələrdə anarxiya ssenarisi” çərçivəsində cəmi 5–7 min nəfərin bu prosesə cəlb ediləcəyini iddia edir.Gerilla tipli “müqavimət müharibəsi” üçün təxminən 60 min nəfərlik ordu və milli qvardiya qüvvəsinin ayrıldığı bildirilir. Eyni zamanda, Rusiya istehsalı “İqla-S” tipli qısa mənzilli zenit raketlərinin strateji əhəmiyyətli bölgələrə yerləşdirildiyi, Venesuela ordusunun təxminən 5 min ədəd belə raketə malik olduğu qeyd olunur.Kreml həm Vaşinqton, həm də Karakas rəhbərliyini təmkinli olmağa çağırsa da, ABŞ-ın hücuma keçəcəyi halda Venesuelaya dəstək verəcəyini bəyan edib.Təhlükəsizlik eksperti Andrey Serbin Pont hesab edir ki, Venesuela xaos vasitəsilə çəkindirmə mesajı verməyə çalışır. Onun sözlərinə görə, Maduro rejimi devrilərsə, ölkədəki silahların gerilla dəstələrinin və qeyri-qanuni silahlı qrupların əlinə keçməsi ölkəni yeni zorakılıq və qeyri-sabitlik mərhələsinə sürükləyə bilər.Xatırladaq ki, Prezident Donald Tramp Latın Amerikasında “narkotik qaçaqmalçılığına qarşı mübarizə” bəhanəsi ilə bölgəyə hərbi qüvvə yerləşdirmə əmri verib.Sentyabr ayından bəri bölgədə azı 19 hərbi əməliyyat keçirən ABŞ ordusu “narkotik ticarəti ilə əlaqəsi olan” 76-dan çox şəxsi zərərsizləşdirdiyini açıqlayıb.Ağ Ev Maduro hökumətinin narkotik kartelləri ilə əməkdaşlıq etdiyini iddia edir. Karakas isə bu ittihamları rədd edərək, ABŞ-nin ölkədə çevriliş planlaşdırdığını bəyan edib. Tramp isə öz növbəsində ötən ay Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) Venesuelada əməliyyat keçirmə göstərişi verdiyini açıqlayıb.Cavid, BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
www.bakupost.az

1Источники