Baku TV Türkiyəyə məxsus “C-130” hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdən son vəziyyəti əks etdirən görüntüləri təqdim edib.
Həmin görüntülərdə ərazidəki axtarış-xilasetmə ilə bağlı son durum əks olunub.
Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.