RU

Zeynal Nağdəliyev yeni icra başçısını kollektivə təqdim etdi

BAKI, 13 noyabr. TELEQRAF

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Teleqraf xəbər verir ki, Zeynal Nağdəliyev təqdimatda çıxış edərək, dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Избранный
14
49
teleqraf.com

10Источники