RU

Kəmaləddin Heydərov İsrail səfiri ilə görüşüb

AzVision.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Nazir Kəmaləddin Heydərov səfir Ronen Krauszu səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.



Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin daim genişləndiyini xatırladan nazir, bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən K.Heydərov, qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.



Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən İsrail Dövlətinin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Səfir R.Krausz fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az

Избранный
14
17
azvision.az

10Источники