RU

“Parad dünyanın diqqətini öz üzərinə çəkdi“ HULUSİ KILIÇ DANIŞDI

Sia Az saytına istinadən ain.az xəbər verir.

“44 günlük tarixi vətən müharibəsinin 5-ci ildönümü münasibətilə səkkiz noyabr tarixində təşkil olunan parad dünyanın diqqətini öz üzərinə çəkdi. Bu parad tarixi özəllik əks etdirir. Prezident Rəcəb Tayyib Ərdoğan, Pakistan baş naziri Şahbaz Şərifin və digər ölkələrdən nümayəndə heyətlərinin iştirakı paradın önəmini artırmışdır. Paradda nümayiş olunan müasir silahlar da diqqət cəlb etmiş və Azərbaycan ordusunun nə qədər güclü olduğunu göstərmişdir”. Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

O bildirib ki, cənab Prezident İlham Əliyev çıxışında 2003-cü ildə prezident olduqdan sonra verdiyi sözü xatırladaraq, keçən müddət ərzində ölkənin iqtisadi gücünün və bunun fonunda da ordunun inkişaf etdiyini vurğuladı: “Azərbaycan güclü lideri, güclü ordusu və daim dəstək olan xalqın həmrəyliyi ilə 44 gün ərzində torpaqlarını azad etmişdir. Bu dünyada hərb akademiyalarında dərsliklərə salınmışdır. Cənab Prezident İlham Əliyev Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın müharibənin başladığı ilk gündən dəstəyini göstərdiyini bildirmişdir. Eyni zamanda Pakistanın müharibə zamanı Azərbaycana göstərdiyi dəstəyin önəmi də vurğulanmışdır.

Bu parad tarixi zəfər kimi mühüm əhəmiyyətli bir parad oldu. Azərbaycanın həm bölgədə, həm də dünyada nə qədər önəmli yerə sahib olduğunu göstərmiş, eyni zamanda Azərbaycan ordusunun gücünü göstərmişdir. Azərbaycan, Türkiyə və Pakistan liderlərinin birlikdə olması da birliklə bağlı mühüm mesajlar vermişdir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
sia.az

2Источники