Dövlət Sərhəd Xidməti Akademiyasının keçmiş rəis əvəzi general-mayor Faiq Məmmədov yeni vəzifəyə təyin olunub.
Faiq Məmmədov DSX rəisi general-polkovnik Elçin Quliyevin müşaviri vəzifəsinə təyinat alıb.
Xatırladaq ki, Faiq Məmmədov Akademiyadan çıxarıldıqdan bir müddət sonra DSX aparatında çalışsa da, sonradan təqaüdə göndərilmişdi.