RU

"YeloBank”ın "reklam xeyriyyəçiliyi": Qazinin evini al, sonra şəhid ailəsinə hədiyyə ver...

Qazi jurnalist: “YeloBank” yaramazlıqla məşğuldur...

“Konkret olaraq, onlar qazilərin qənimi və düşmənidirlər”

Poliqon xəbər verir ki, bunu Yenicag.az-a açıqlamasında Qarabağ müharibəsi iştirakçısı, jurnalist Rey Kərimoğlu deyib.

O, “YeloBank”ın Zəfər Bayramında şəhid ailələrinə verdiyi hədiyyələri reklam etməsi barədə fikirlərini səsləndirib.

Rey Kərimoğlu bildirib ki, “YeloBank” yaramazlıqla məşğuldur.

“Qazi qardaşımızın evini əlindən alır, saxtakarlıqla məşğuldur. Görülən xoş işin cəmiyyətə çatdırılmasının tərəfdarıyam. Təşviq baxımından özəl qurumların görülən işə cəlb olunması yaxşıdır. Ancaq ‘YeloBank’ kimi bir tərəfdən haqsız və qanunsuz olaraq qazinin evini əlindən al, sonra xeyirxah iş gör.

Şuşada qan tökən Mustafa Hacıbəyli devalvasiyadan öncə bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla ümumilikdə 58 355 manat qaytarıb. Ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıqdır. Amma bank bir saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir. Bunu nəzərə aldıqda, onların şəhid və qazi ailələrinə göstərdiyi diqqət şübhəlidir. Konkret olaraq, onlar qazilərin qənimi və düşmənidirlər”, deyə o, bildirib.

Poliqon.info

Избранный
34
poliqon.info

1Источники