RU

ABŞ Rusiyaya güzəştə getməyəcək - ŞƏRH

ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, həm Moskva, həm də Vaşinqton Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək növbəti görüşün Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı konkret nəticə verəcəyinə inanır. Onun sözlərinə görə, tərəflər görüşdən real nəticə gözləyirlər və ABŞ münaqişəyə son qoymaq üçün səylərini davam etdirir.

Marko Rubionun Rusiya və ABŞ liderlərinin növbəti görüşünün Ukrayna münaqişəsinin nizamlanmasında konkret nəticə verəcəyinə dair açıqlaması reallığa nə dərəcədə uyğundur? Bu görüşdən həqiqətən siyasi irəliləyiş gözləmək olarmı?

Siyasi şərhçi Məhəmməd Əsədullazadə Redaktor.az-a danışarkən bildirdi ki, ABŞ və Rusiya prezidentlərinin görüşü hələ gözlənilmir:

"Rusiya Ukraynada müharibəni davam etdirir və hazırda Rusiya prezidenti güzəştsiz mövqedədir. Buna görə də hesab edirəm ki, görüş olsa belə, irəliləyiş olmayacaq. Xatırladaq ki, Budapeşt görüşü məhz Rusiyanın güzəştə getməməsi səbəbindən görüşün ləğv olunduğu bəyan edildi. Bu müharibə ümumilikdə qlobal siyasi nizama təsir edir. Amerikanın Rusiyaya güzəştə getməsi gözlənilmir, eyni şəkildə Rusiyanın da güzəştə getməsi ehtimalı azdır. Beləliklə, tərəflər yalnız müharibədə məsələni həll etməli olacaqlar. Əgər Amerika, Ukraynada müəyyən əraziləri Rusiyaya verib, Ukraynanı danışıqlara məcbur etməyi düşünürsə, bu, Amerikanın imicinə ciddi zərbə vuracaq və Rusiyanın mövqeyini gücləndirəcək. Buna görə də, bu cür açıqlamalara baxmayaraq, Trampla Putinin görüşü olsa belə, görüş müsbət nəticə verməyəcək. Çünki bu cür görüşlərdə və danışıqlarda, ümumiyyətlə, hər hansı bir müsbət nəticə əldə olunmayıb. Görüş üçün bir tərəf mütləq şəkildə güzəştə getməlidir və bu, hələ mümkün görünmür".

Xədicə BAXIŞLI

Избранный
29
redaktor.az

1Источники