BAKI, 13 noyabr. TELEQRAF
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şaibani cümə axşamı günü Londondakı Suriya səfirliyinin binası üzərində milli bayrağı qaldırıb.
Teleqraf xəbər verir ki, Əl-Şaibani X sosial şəbəkəsində yazıb: "Əsəd rejiminin kimyəvi silahdan istifadə etdiyinə görə illərlə tətbiq edilən təcriddən sonra bu gün Suriyanın Londondakı səfirliyini yenidən açırıq. Suriya öz azad adı ilə dünyaya qayıdır".
Böyük Britaniya keçən həftə BMT Təhlükəsizlik Şurasının oxşar qərarından sonra prezident Əhməd əl-Şaraa qarşı sanksiyaları ləğv edib.