RU

Saakaşvili Zelenskidən onu əsir kimi dəyişməyi XAHİŞ ETDİ

Saakaşvili Zelenskidən onu əsir kimi dəyişməyi xahiş edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti və Ukraynanın keçmiş Odessa qubernatoru Mixeil Saakaşvili sosial şəbəkədə məlumat yayıb.

O, Ukrayna prezidenti Volodimir Zelenskiyə rəsmi müraciət edərək, öz adının mülki əsirlər siyahısına salınmasını istəyib.

Siyasətçi iddia edir ki, Gürcüstandakı təqiblər onun Ukrayna və Qərbyönümlü mövqeyi, eləcə də Rusiyapərəst qüvvələrin təsiri ilə bağlıdır.

“2019-cu ildə qanunsuz olaraq əlimdən alınmış vətəndaşlığımı mənə qaytardığınız kimi, indi də xahiş edirəm, məni bu müharibənin mülki əsirləri siyahısına daxil edin və bununla bağlı hüquqi nəticələr təmin edilsin”, – Saakaşvili Facebook-da yazıb.

Müraciət onun yenidən həbsxana xəstəxanasından adi cəzaçəkmə müəssisəsinə qaytarılmasından sonra edilib.

Vəkillərinin sözlərinə görə, Saakaşvilinin səhhəti ağır olaraq qalır, analizlərdə ağır metallar və arsen aşkar olunub.

Saakaşvilinin bu müraciəti Gürcüstan və Ukrayna arasında yeni siyasi müzakirələrə səbəb ola bilər.

Xuraman Etibarlı

İnterpress.az

 

Избранный
10
6
interpress.az

8Источники