RU

Saakaşvili Zelenskiyə müraciət etdi: "Mən də əsirəm!”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edərək onu “Ukrayna əsirləri” siyahısına daxil etməyi istəyib.

Musavat.com xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, o, keçmiş Odessa vilayətinin qubernatoru kimi “bu müharibənin mülki əsiri” hesab oluna bilər.

Qeyd edək ki, dünən Saakaşvili 2022-ci ildən bəri saxlanıldığı xəstəxanadan yenidən həbsxanaya qaytarılıb.

Musavat.com

Избранный
13
2
musavat.com

3Источники