RU

“İran və İsrail yeni müharibə astanasında: hazırlıqlar gizli, təhlükə realdır“ “The New York Times“

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Gərginlik artdıqca hər iki tərəf silahlanmanı sürətləndirir..."

"The New York Times" nəşrinin yazdığına görə, İsrail və İran arasında yeni hərbi qarşıdurma artıq sadəcə zaman məsələsinə çevrilib. Rəsmi Vaşinqton və Təl-Əviv yaxın dövrdə hücum planlaşdırmasa da, hər iki tərəfdə intensiv hazırlıq gedir, sanki müharibə qapıdadır.

İranda daxili parçalanma və strateji kurs

Tehranda vəziyyət getdikcə mürəkkəbləşir. Bir tərəfdə iqtisadi böhrandan və su çatışmazlığından çıxmaq üçün ABŞ-la danışıqların bərpasını istəyən islahatçılar var. Digər tərəfdə isə "12 günlük İsrail müharibəsindəki alçaldıcı məğlubiyyətin qisasını" tələb edən sərt mühafizəkarlar dayanır. Ayətullah Əli Xamenei isə görünür, ikinci düşərgənin - İnqilab Keşikçiləri Korpusunun mövqeyinə üstünlük verir və Vaşinqtonun təklif etdiyi dialoqa qapıları bağlayır.

ABŞ sanksiyaları sərtləşdirir, amma bu da nəticə vermir. Xamenei "Fordo" obyektinə ABŞ və İsrailin birgə zərbəsindən sonra amerikalılara tam etimadını itirdiyini bildirib. Ekspertlərin fikrincə, bu gərginlik fonunda Tehran yalnız öz müdafiə qabiliyyətini deyil, həm də hücum potensialını bərpa etməyə çalışır.

Yeni silahlanma mərhələsi və "2000 raketlik cavab" planı

İsrailin "Ynet" və ABŞ mediasının məlumatlarına görə, İran hazırda əsas diqqətini hava hücumundan müdafiə sistemlərinin və ballistik raket arsenalının bərpasına yönəldib. Çin və Rusiyadan alış mümkün olmadığından, Tehran S-300 və S-400 sistemlərinin "ev versiyalarını" istehsal etməyə cəhd göstərir. Lakin Qərbdən komponent çatışmazlığı səbəbindən bu layihələr ləng gedir.

Eyni zamanda, "New York Times: və CNN yazır ki, İranda raket zavodları gecə-gündüz fəaliyyət göstərir. Çin vasitəsilə gətirilən minlərlə ton natrium perxlorat maddəsi - raket yanacağının əsas komponenti Tehranın istehsalı genişləndirdiyini göstərir. Beynəlxalq Böhran Qrupunun eksperti Əli Vazın sözlərinə görə, "növbəti dəfə İran 12 gün ərzində 500 deyil, eyni anda 2000 raket atmağa hazırlaşır ki, İsrailin hava müdafiə sistemlərini iflic etsin".

İsrailin təhlükəsizlik orqanları bu xəbərləri ciddi qəbul edir. Baş  Qərargah artıq milyardlarla şekellik yeni hava hücumundan müdafiə və hücum sistemləri üzərində işləyir. Ordu rəhbərliyinə görə, bu texnoloji üstünlük İrandakı sərt mövqeliləri caydırmaq üçün yeganə real vasitədir.

Yeni regional balans və qaçılmaz toqquşma

Eyni zamanda İranın atom proqramı ətrafında tam diplomatik durğunluq yaranıb. 2015-ci il nüvə sazişi faktiki qüvvədən düşüb, beynəlxalq nəzarət yoxdur. Məlumatlara görə, Tehranda təxminən 400 kiloqram 60 faizlik zənginləşdirilmiş uran qalır - bu, bir neçə nüvə başlığı üçün kifayətdir.

Suriya rejiminin süqutu ilə İran regionda əsas dayağını itirib, ərəb ölkələri isə Vaşinqtonla münasibətləri möhkəmləndirərək Tehranın təcridini dərinləşdirir. Lakin bütün bu amillər İranı geri çəkil­məyə deyil, əksinə, "növbəti raunda hazır olmağa" vadar edir.

Ekspertlərin yekdil qənaətinə görə, yeni İsrail-İran qarşıdurması qaçılmaz görünür. Vaxtı bəlli olmasa da, hazırlıq hər iki tərəfdə çoxdan başlayıb və bu dəfə zərbələr daha dağıdıcı ola bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
32
1
moderator.az

2Источники