Petrozavodsk yaxınlığında qırıcı təyyarə qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.
Kanalın mənbəsinin verdiyi məlumata görə, qəzaya uğrayan qırıcı Su-27 modelidir. Hadisə şəhər aeroportunun yaxınlığında baş verib - təyyarə meşəlik əraziyə düşüb.
Lakin "112" "Telegram" kanalı bunun "Su-30" modeli olduğunu bildirib. Həmçinin kanalın mənbəsi ekipajın iki üzvünün öldüyünü qeyd edib.
Hadisə yerinə təcili yardım xidmətləri göndərilib.