RU

Türkiyənin təyyarə qəzasında ölən hərbçilərin nəşləri tibbi ekspertiza şöbəsinə verilib

Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarədə şəhid olan Türkiyənin 20 hərbçisinin nəşləri bu gün Ankaranın Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.

“İki sahil” bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Tbilisidən Ankaraya gətirilən şəhidlərin cənazələri ilkin tibbi ekspertiza və şəxsiyyətin dəqiqləşdirilməsi məqsədilə tibb mərkəzinə təhvil verilib.

Müvafiq prosedurlar tamamlandıqdan sonra sabah şəhidlərlə vida və dəfn mərasimi keçiriləcək.

Избранный
21
19
ikisahil.az

10Источники