RU

Şəhid hərbçilərin nəşləri ekspertizaya aparıldı

Musavat.com xəbər verir ki, Azərbaycan–Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan “C-130” tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 türk hərbçisinin nəşləri bu gün Ankaraya gətirilib.

Rəsmi məlumatda qeyd olunur ki, Tiflisdən havaya qalxan “A400M” tipli xüsusi hərbi təyyarə şəhidlərin cənazələrini Mürted Hava Limanına çatdırıb. Burada dövlət və ordu rəhbərliyinin iştirakı ilə qarşılanma mərasimi təşkil olunub.

Mərasimdən sonra nəşlər dəfn avtomobillərinə yerləşdirilərərək Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb. Qəzanın səbəblərinin araşdırılması isə Türkiyə, Azərbaycan və Gürcüstan mütəxəssislərindən ibarət birgə komissiya tərəfindən davam etdirilir. 

 

Musavat.com

Избранный
31
1
musavat.com

2Источники