RU

Nazir: SOCAR-ın Gürcüstana investisiyalarının həcmi 2,1 milyard dollara çatır

BAKI, 14 noyabr. TELEQRAF

SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır.

Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında qeyd edib.

"Tbilisidə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə strateji enerji tərəfdaşlığımızın prioritetlərini və yeni layihələrin qarşılıqlı faydalı əsasda inkişafını müzakirə etdik. SOCAR-ın Gürcüstana yatırdığı investisiyaların həcmi 2,1 milyard ABŞ dollarına çatır. Bu ilin ilk 9 ayında ölkəyə 1,5 milyard kubmetr təbii qaz tədarük edilib, elektrik enerjisi ixracı isə 372 milyon kVt/saat olub",- nazir əlavə edib.

Избранный
95
4
teleqraf.com

9Источники