RU

TAP son beş ildə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb - Avropa Komissiyası (ÖZƏL)

Bakı. Trend:

Trans - Ariatik boru kəməri (TAP) son beş ildə Avropanın enerjitəhlükəsizliyinin möhkəmləndirilməsində həlledici rol oynayıb.

Bunu Trend-əAvropa Komissiyasının nümayəndəsi TAP-ın kommersiya istismarınınbaşlamasının beşinci ildönümü münasibətilə deyib.

“O, Avropa İttifaqının enerji təchizatını əhəmiyyətli dərəcədəşaxələndirməklə və siyasi, iqtisadi risklərə məruz qalan ənənəvimarşrutlardan asılılığı azaltmaqla, Azərbaycan qazının Avropabazarlarına çatdırılması üçün yeni strateji marşrut təmin edib. TAPvasitəsilə təbii qaz tədarükünün etibarlılığı Avropanın enerjibazarının sabitliyini və rəqabətədavamlılığını artırıb ki, bu daxüsusilə Rusiya tədarüklərindən asılılıqla bağlı enerji sahəsindəyaşanan çətinliklər dövrlərində həlledici önəm kəsb edib”,- deyəAvropa Komissiyasının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji mənbələrininşaxələndirilməsi və 2027-ci ilə qədər Rusiyadan olan fossilyanacaqlardan imtina kursuna sadiq qalır.

“Hazırda həmmüəlliflərlə müzakirə olunan “REPowerEU” YolXəritəsi barədə Qayda qeyri-rus tədarükçülər üçün əlavə bazarimkanları açır.

Bu kontekstdə Cənub Qaz Dəhlizinin (CQD) ayrılmaz hissəsi olanTAP təbii qazın Avropaya tədarükü üçün marşrut və mənbələrinşaxələndirilməsinə yönəlmiş strateji xəttdir. Azərbaycanınınistehsal və ixrac potensialından istifadə etməklə, TAP Aİ-ninRusiya boru qazından olan asılılığının azalmasına töhfə verir. Bucür şaxələndirmə tədarükün dayanması risklərini azaldır, enerjisektorunda rəqabəti gücləndirir və daha əlverişli qiymətlərinformalaşmasına şərait yaradır. Cənub Qaz Dəhlizi çərçivəsində TAPAİ üçün daha şaxələndirilmiş, etibarlı və təhlükəsiz qaz təchizatısisteminin yaradılmasına töhfə verir”, – o əlavə edib.

Daha sonra o qeyd edib ki, TAP enerji keçidi dövründə çeviklikvə enerji təhlükəsizliyi təmin etmək gücünə malikdir.

“Qaz Avropanın enerji keçidi prosesində və karbonemissiyalarının azaldılması səylərində mühüm keçid yanacağı olaraqqalmaqdadır. TAP-ın rolu son dərəcə önəmlidir - o, sabit qaztəchizatını təmin edir, enerji sisteminin dayanıqlığını dəstəkləyirvə daha davamlı enerji gələcəyinə keçiddə körpü rolunu oynayır.Karbonsuzlaşdırma hədəflərinə yaxınlaşdıqca, TAP kimi infrastrukturkeçid dövründə çeviklik və təhlükəsizlik təmin edə, bərpa olunanenerji mənbələrinin inteqrasiyasını tamamlaya bilər”,- deyə AKnümayəndəsi bildirib.

O vurğulayıb ki, Avropanın qaz tədarükünü şaxələndirmək vəRusiyadan asılılığı azaltmaq səyləri çərçivəsində Aİ Cənub QazDəhlizi vasitəsilə tədarükü artırmaq niyyətindədir və buistiqamətdə Azərbaycan hökuməti və CQD üzrə digər tərəfdaşlarlaəməkdaşlıq edir.

“Azərbaycanla strateji enerji əməkdaşlığımız Aİ-nin enerjitəhlükəsizliyi və karbonsuzlaşdırma sahəsində uzunmüddətliməqsədlərinə nail olunmasında mühüm element olaraq qalacaq.

Bundan əlavə, Azərbaycanın metan emissiyalarının azaldılmasınavə regionun elektrik enerji sektorunda qarşılıqlı əlaqəningücləndirilməsinə sadiqliyi onun enerji keçidi üzrə ümumisəylərdəki rolunu vurğulayır. Azərbaycanın xüsusilə Xəzərdənizindəki zəngin bərpa olunan enerji ehtiyatları Avropanın təmizenerji sənayesi ilə əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bizəminik ki, bu tərəfdaşlıq hər iki tərəfə daha rəqabətədavamlı vəekoloji enerji həllərinə keçid səylərini gücləndirməyə imkanverəcək və dayanıqlı enerji gələcəyini təmin edəcək”,- deyə AvropaKomissiyasının nümayəndəsi əlavə edib.

TAP-ın genişlənlənməsi barədə

Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, dəyişən enerjilandşaftı fonunda TAP-ın ötürücülük qabiliyyətinin artırılmasıpotensialının öyrənilməsi məqsədilə Aİ maraqlı tərəflərlə sıxqarşılıqlı fəaliyyəti davam etdirir.

“2022-ci ildən etibarən enerji qənaəti tədbirləri və bərpaolunan enerji mənbələrinin payının artması nəticəsində Aİ-də ümumiqaz tələbatı azalıb. Bununla belə, qeyri-rus qazı tələbatınödənilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində hələ dəəsas rol oynayır.

Aİ-nin qüvvədə olan qaydaları artıq Aİ büdcə vəsaitlərininbeynəlxalq fosil layihələrinə investisiya üçün istifadəsinə imkanvermədiyindən, TAP-ın nəqliyyat infrastrukturunun istəniləngenişləndirilmə səyləri bazar tələbi və qiymət dinamikası nəzərəalınmaqla kommersiya baxımından əsaslandırılmalıdır. Bu kontekstdəTAP-ın mütəmadi bazar sınaqları marağın qiymətləndirilməsi və əlavəgücün zəruriliyinin şəffaf və ayrı-seçkiliksiz əsasdamüəyyənləşdirilməsində əsas rol oynayır”, -deyə AK nümayəndəsibildirib.

O əlavə edib ki, TAP-ın inkişafı qaz kəmərinin marşrutu boyuncayerləşən ölkələrdə, o cümlədən Yunanıstan və İtaliyada enerjisahəsinə və iqtisadi inkişafa müsbət təsir göstərib.

“Layihə həm tikinti mərhələsində, həm də istismar dövründəminlərlə iş yeri yaradıb, bölgədə iqtisadi fəallığı artırıb və dahasabit qaz tədarükünü təmin edib. Ümumi Avropa enerji şəbəkəsinəinteqrasiya sayəsində bu ölkələr enerji təhlükəsizliyinigücləndirib, regional əməkdaşlığı stimullaşdırıb ki, bu da regiondasabitlik və iqtisadi qarşılıqlı əlaqəni artırıb”,- deyə AvropaKomissiyası nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasındandörd il yarım sonra Yunanıstan, Albaniya, Adriatik dənizi vəİtaliya ərazisindən keçən 878 kilometrlik qaz nəqli sistemikommersiya istismarına başlayıb. 31 dekabr 2020-ci ildə TAP ilk qazhəcmlərinin nəqlini həyata keçirib. 2025-ci ilin avqust ayına olanməlumata görə, TAP vasitəsilə Avropaya 50 milyard kubmetrAzərbaycan təbii qazı ixrac olunub. TAP-ın illik ötürücülükqabiliyyəti 10 milyard kubmetrdir və onun 20 milyard kubmetrə qədərartırılması nəzərdə tutulur.

Məqalədə:
Избранный
60
1
az.trend.az

2Источники