RU

Əs-Süveydədə Suriya ordusu ilə silahlı qruplar arasında toqquşmalar baş verib

Dürzi lideri əl-Hicrinin tərəfdarları gecə saatlarında ordu mövqelərini atəşə tutub...

Poliqon xəbər verir ki, Suriyanın cənubunda, Əs-Süveyda vilayətində gecə saatlarında Suriya ordusu ilə silahlı dəstələr arasında şiddətli qarşıdurmalar yaşanıb. Al Arabiya yazır ki, atəş açan qruplar Suriyadakı dürzi icmasının nüfuzlu dini lideri əl-Hicri ilə əlaqələndirilir. Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Vilayətin qubernatoru açıqlamasında bildirib ki, bu hücumun məqsədi bölgədə vəziyyəti gərginləşdirmək və stabilliyi pozmaq olub. O, cənub bölgəsində yaşayan insanların təhlükəsizliyinə yönəlmiş bu cür cəhdlərin qarşısının qəti şəkildə alınmasının vacibliyini vurğulayıb.

Hadisə Suriya cənubunda uzun müddətdir davam edən sosial narazılıqlar, iqtisadi çətinliklər və yerli silahlı qrupların fəaliyyətinin fonunda baş verir. Əs-Süveyda vilayəti əsasən dürzilərin yaşadığı ərazi kimi tanınır və son aylarda həm Dəməşq hökuməti, həm də müxtəlif yerli silahlı qruplar arasında gərginliyin artdığı müşahidə olunur.

Müşahidəçilər bildirirlər ki, əl-Hicri tərəfdarlarının hücumu regionda vəziyyəti daha da gərginləşdirə bilər və qarşıdakı günlərdə yeni toqquşmaların baş verməsi ehtimalı istisna olunmur.

Poliqon.info

Избранный
95
50
poliqon.info

10Источники