RU

Səkkiz Avropa ölkəsi hərbi mobilliklə bağlı sənəd imzaladı

Avropada hərbi mobilliyin artırılması məqsədilə səkkiz Avropa dövləti arasında anlaşma memorandumu imzalanıb. Bu barədə Editor.az Litva Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Sənədi Belçika, Çexiya, Almaniya, Lüksemburq, Niderland, Polşa, Slovakiya və Litvanın nümayəndələri imzalayıb.

Nazirliyin yaydığı məlumatda bildirilir ki, Mərkəzi-Şimali Avropa Hərbi Mobillik Regionunun (CNEMM) yaradılması sərhəd keçid prosedurlarının unifikasiyasına, hərbi və hərəkətli nəqliyyat vasitələrinin birgə nəzarət və koordinasiyasına, məlumat mübadiləsinin səmərələşdirilməsinə, həmçinin səkkiz ölkə arasında sinxronlaşdırılmış infrastrukturun inkişafına töhfə verməlidir.

Litvanın müdafiə naziri Robertas Kaunas koordinasiyalı hərbi mobilliyi ölkənin milli prioriteti kimi qiymətləndirərək, NATO-nun şərq cinahında infrastruktur əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə Polşa və Latviya ilə daha sıx əməkdaşlığın önəmini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Избранный
95
editor.az

1Источники