RU

Rusiyanın atdığı raket Azərbaycan səfirliyinin binasına zərər vurub

Noyabrın 14-nə keçən gecə Rusiya ordusunun Kiyevə kütləvi hücumu nəticəsində Azərbaycan səfirliyinin binasına ziyan dəyib.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Onun sözlərinə görə, diplomatik nümayəndəliyə “İsgəndər” raketinin fraqmentləri zərər verib.

Zelenski qeyd edib ki, hücum xüsusi olaraq insanlara və mülki infrastruktura maksimum ziyan vurmaq məqsədi daşıyır.

"Hücum insanlara və mülki infrastruktura mümkün qədər çox zərər vurmaq üçün xüsusi hesablanıb. Təkcə Kiyevdə onlarla hündürmərtəbəli binada dağıntılar var. İsgəndərin dağıntıları Azərbaycan səfirliyinə ziyan vurub", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
93
missiya.az

1Источники