2025-сi ilin yanvar-oktyabr aylarında 3280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1153 ədəd (26%) az minik avtomobili istehsal (montaj) olunub.
Bu barədə Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,7 faiz azalaraq 427 ədəd, yük avtomobillərinin istehsalı isə 31,6 faiz azalaraq 273 ədəd təşkil edib.
