RU

Madurodan Trampa mesaj – “Lazım deyil…”

Venesuela prezidenti Nikolas Maduro amerikalı həmkarı Donald Trampı ölkəsini növbəti silahlı münaqişəyə səbəb olmamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Karakasda keçirilən mitinq zamanı CNN telekanalının jurnalisti Madurodan Amerika xalqına hansı mesajı çatdıracağını soruşub.

Buna cavab olaraq Venesuela prezidenti bəyan edib ki, Birləşmiş Ştatlar və Venesuela xalqı bütün qitədə sülh üçün birləşməlidir.

“Sonsuz müharibələr yetər. Ədalətsiz müharibələr yetər. Daha heç bir Liviya lazım deyil. Daha heç bir Əfqanıstan lazım deyil”, – deyə Maduro vurğulayıb.

ABŞ prezidenti Donald Trampa mesajının olub-olmaması ilə bağlı suala Maduro ingiliscə “Bəli, sülh, bəli, sülh” cavabını verib.

CNN qeyd edib ki, Maduro ABŞ-nin mümkün təcavüzündən narahat olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib. Əvəzində o, bildirib ki, ölkəsinin sülh yolu ilə idarə edilməsi üzərində diqqətini cəmləyib.

Xatirə SADİQ

Избранный
77
24
nocomment.az

10Источники