Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.
Misli Premyer Liqasının (MPL) 11-ci turunda meyndan sahibi qismində Qəbələdə "Sabah"a uduzan "Kəpəz"in millilərin oyunları ilə əlaqədar yaranan fasilədən necə istifadə edəcəyi dəqiqləşib.
"Sarı-göylər"in baş məşqçisi Azər Bağırovun Fanat.Az-a verdiyi məlumata görə, Gəncə təmsilçisi yoxlama oyunu keçirməyəcək:
"Qısa istirahətdən sonra məşqlər bərpa olunub. Komanda bəzi günlərdə bir, bəzi günlərdə iki məşq edir. Fiziki durumun yaxşılaşdırılması üçün bu proqramın tətbiqini uyğun saydıq. Sınaq qarşılaşması nəzərdə tutulmayıb".
Qeyd edək ki, "Kəpəz" MPL-in 12-ci turunda "Karvan-Yevlax"ın qonağı olacaq.
Nihat
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.