RU

ABŞ-Venesuela müharibəsi başlayır - Pentaqon hücum planını Trampa təqdim etdi...


ABŞ və Venesuela arasında gərginlik artır. Son məlumatlara görə, Pentaqon potensial hərbi əməliyyatlar üçün hazırlıqlara başlayıb. Məlumata görə, ABŞ-ın yüksək vəzifəli hərbi rəsmiləri Venesuelaya, hücum da daxil olmaqla, bir neçə hərbi variantı prezident Donald Trampa təqdim ediblər.

CBS News-un məsələ ilə bağlı birbaşa məlumatı olan mənbələrə istinadən verdiyi məlumata görə, hərbi rəsmilər iki gün əvvəl Ağ Evdə Trampla görüş keçiriblər.

Venesueladakı mövcud vəziyyət müzakirə edilib və Venesuelaya hücum planı da da daxil olmaqla bütün hərbi variantlar Trampa çatdırılıb. Karib dənizi bölgəsi üçün təhlükəsizlik tədbirləri də müzakirə edilib.

Mənbələrə görə, görüşdə ABŞ müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər. Lakin Venesuela ilə bağlı yekun qərar qəbul edilməyib.

ABŞ prezidenti Donald Tramp əvvəllər Latın Amerikasındakı narkotik kartelləri ilə mübarizə aparmaq üçün ordunun daha çox və daha effektiv istifadəsi barədə göstəriş vermişdi. Bundan sonra, ABŞ avqustun sonlarında Venesuela sahillərinə sualtı qayıqlar və hərbi gəmilərdən ibarət dəniz qüvvələri göndərib. Müdafiə naziri isə ABŞ ordusunun rejim dəyişikliyi də daxil olmaqla Venesueladakı əməliyyatlara hazır olduğunu bildirib.

Venesuela Prezidenti Maduro cavab olaraq ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu bəyan edib.

ABŞ-ın Venesuela sahillərində narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində gəmiləri hədəf alması həm Venesuela hökumətinin, həm də beynəlxalq ictimaiyyətin narazılığına səbəb olub. Hətta bu hücumların "beynəlxalq hüquqa zidd" olduğunu iddia edənlər də olub.

TAHİR

Избранный
38
1
baki-xeber.com

2Источники