RU

“48 komandalı Dünya Çempionatı futbolu daha da populyar edəcək”

2026-cı ilin yayında ilk dəfə Dünya Çempionatı 48 komandanın iştirakı ilə keçiriləcək.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, bu barədə şərh verən Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti bildirib ki, “Seleçao” artıq mundiala vəsiqə qazanıb.

“Dünya Çempionatında 48 komanda? Bu futbolun populyarlığını artırır, izləyici auditoriyasını genişləndirir ki, bu müsbət haldır. Turnirin baxımından isə təqvim yaxşı qurulub, oyun sayı çox artmır – sadəcə bir əlavə mərhələ əlavə olunur. Mən maraqlı mundial gözləyirəm. Görək püşkatma nə gətirəcək, xüsusilə coğrafi baxımdan, çünki turnir üç ölkədə keçiriləcək. Oyunların keçiriləcəyi stadionlar da əhəmiyyət kəsb edə bilər”

2026-cı il Dünya Çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

Избранный
118
42
90deqiqe.az

10Источники