RU

BMT Baş katibi Azərbaycanın səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

“Baş katib bu gün Rusiya tərəfindən Ukraynanın bir neçə bölgəsinə qarşı həyata keçirilmiş genişmiqyaslı raket və dron hücumlarını qətiyyətlə pisləyir. Xəbərlərə görə, paytaxt Kiyev şəhərində azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub. Hücum nəticəsində çoxlu sayda mülki şəxsin yaralandığı, yaşayış və enerji infrastrukturlarının, eləcə də Azərbaycanın Kiyevdəki səfirliyinin zərər gördüyü bildirilir.”

APA xəbər verir ki, bu, BMT Baş katibinin sözçüsünün yaydığı bəyanatda öz əksini tapıb.

Избранный
27
3
azpost.info

10Источники