RU

Putinin həbsini tələb edirdilər, özləri haqqında həbs qərarı çıxarıldı

Unikal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya İstintaq Komitəsi Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) prokuroru və hakimlərini beynəlxalq axtarışa verib və qiyabi həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə Komitənin məlumatında deyilir. 

İstintaq Komitəsi Rusiya vətəndaşlarının qanunsuz təqibi ilə bağlı Rusiya qanunlarını pozmaqda ittiham olunan BCM-in prokuroru və hakimlərinə qarşı cinayət işi üzrə istintaqı başa çatdırıb.

Prokurorlar arasında Xan Kərim Əsəd Əhməd və BCM hakimləri Tomoko Akane, Rosario Salvatore Aitala, Sergio Gerardo Ugalde Godinez və Haykel Ben Mahfoud, eləcə də BCM prezidenti Piotr Jozef Hofmanski və onun müavinləri Karranza Luz del Karmen İbanez, Bertram Şmitt və Rene Adelaida Sofi Alapini-Qansou var.

Onlar Rusiya Cinayət Məcəlləsinin 299-cu maddəsinin 2-ci hissəsi, 301-ci maddəsinin 2-ci hissəsi, 30-cu maddəsinin 1-ci hissəsi və 360-cı maddəsinin 2-ci hissəsi ilə ittiham olunublar.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putin və Prezidentin Uşaq Hüquqları üzrə Komissarı Mariya Lvova-Belova üçün həbs orderləri çıxarıb. Onlar uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə ittiham olunurdular.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
1
unikal.az

10Источники