RU

Almaniya Ukraynalı qaçqınlara müavinət qaydalarını sərtləşdirir

BAKI, 15 noyabr. TELEQRAF

Almaniyada 2026-cı ildən Ukrayna qaçqınlarına ödənilən sosial müavinətlərlə bağlı yeni qaydalar qüvvəyə minəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" qəzeti hökumət dairələrinə istinadən yazıb.

Məlumata görə, yeni qaydalar 2026-cı il iyulun 1-dən tətbiq olunacaq, lakin 2025-ci ilin aprelindən etibarən geriyə dönük şəkildə qüvvədə sayılacaq. Bununla belə, artıq təsdiqlənmiş müavinət ödənişləri 2026-cı ilin sentyabrına qədər qüvvədə qalacaq, həmin vaxt yeni sistemə keçid tamamlanacaq.

Yeni mexanizmə əsasən, Ukrayna qaçqınlarına hazırda verilən işsizlik müavinəti (Bürgergeld) əvəzinə daha az məbləğdə olan müraciət edənlər üçün sığınacaq müavinəti ödəniləcək.

Избранный
50
teleqraf.com

1Источники