RU

Zəngilan və Ağdama növbəti köç: 80 ailə doğma yurda qayıtdı

BAKI, 15 noyabr. TELEQRAF

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu çərçivədə Zəngilan rayonunun Məmmədbəyli kəndinə və Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanları yola salınıb.

Teleqraf xəbər verir ki, köçürülən ailələr uzun illər respublikanın müxtəlif bölgələrində– əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlardır.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 143 nəfərdən ibarət 30 ailə, Ağdam rayonunun Xıdırlı kəndinə 219 nəfərdən ibarət 50 ailə yola salınıb.

Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən bütün şəhidlərimizə rəhmət diləyiblər.

Избранный
45
teleqraf.com

1Источники