Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsindəki Novgam şəhərindəki bir polis bölməsində baş verən partlayış nəticəsində yeddi nəfər ölüb, 27 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə NDTV mənbələrə istinadən məlumat verib.
"Yaralılardan beşinin vəziyyəti ağır olduğu üçün ölənlərin sayı arta bilər", - məlumatda deyilir.
Kanalın məlumatına görə, partlayış nəticəsində əsasən polis əməkdaşları və məhkəmə tibb işçiləri həlak olub.
Hadisə nəticəsində Srinagar şəhər administrasiyasının iki rəsmisi də həlak olub.
***
01:10
Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsindəki Novgam polis bölməsində aparılan axtarış zamanı partlayış baş verib və nəticədə ən azı səkkiz nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Cümə günü Novgam polis bölməsində baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər yaralanıb. Partlayış polis əməkdaşları bölmənin içərisində axtarış apararkən baş verib", - məlumatda bildirilir.
Məlumata görə, partlayış bölmədəki bir neçə nəqliyyat vasitəsinə də zərər vurub.