RU

ABŞ-də yeni nəsil B61-12 bombasının testləri aparıldı

BAKI, 15 noyabr. TELEQRAF

ABŞ avqust ayında taktiki termonüvə aviabombası B61-12-nin döyüş başlıqsız versiyasını uğurla sınaqdan keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Energetika Nazirliyinin tərkibində fəaliyyət göstərən Sandia Milli Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, sınaqlar 19-21 avqust tarixlərində Nevada ştatındakı poliqonda aparılıb.

Testlər zamanı ABŞ-nin beşinci nəsil F-35 qırıcıları bombanın inert, yəni döyüş başlıqsız versiyasını daşıyaraq hədəfə buraxıblar. Proses Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) ilə birgə həyata keçirilib və “silahın effektivliyinin qiymətləndirilməsində mühüm mərhələ” kimi xarakterizə olunub.

Məlumata görə, 2024-cü ilin sonunda NNSA bu aviabombaların xidmət müddətinin daha 20 il uzadılması proqramını tamamlayıb.

Избранный
74
teleqraf.com

1Источники