RU

Florentino Perez "Real Madrid" prezidentliyindən istefa verəcək

Bakı. Trend:

“Real Madrid” klubunun prezidenti Florentino Perez 2026-cı ildəvəzifəsindən ayrılmağı planlaşdırır.

Trend xəbər verirki, bu məlumatı jurnalist Pepe Alvarez X sosial şəbəkəsindəpaylaşıb.

Perez 2025-ci ilin yanvarında klubun prezidenti vəzifəsinəyenidən seçilmişdi və onun səlahiyyət müddəti 2028-ci ildə başaçatmalı idi. Lakin mənbənin məlumatına görə, o, klub üzvlərininreferendumdakı mövqeyindən asılı olmayaraq, rəhbərliyin nizamlışəkildə təhvil verilməsinin tərəfdarıdır.

78 yaşlı Florentino Perez ilk dəfə 2000-ci ildə “Real Madrid”əprezident seçilib və altı il bu vəzifəni icra edib. O, 2009-cu ildərəqibsiz şəkildə yenidən prezident seçilib. Perez-in dövründə klubyeddi dəfə Çempionlar Liqasının, yeddi dəfə İspaniya La Liqasının,yeddi dəfə İspaniya Super Kubokunun, altı dəfə UEFA Super Kubokununqalibi olub. Bundan başqa, “Real Madrid” onun rəhbərliyi altındabeş FİFA Klublararası Dünya Kuboku, üç Kral Kuboku və ikiQitələrarası Kubok qazanıb.

Избранный
46
az.trend.az

1Источники