RU

Qazaxıstanda iri ticarət və əyləncə mərkəzlərində təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi təklif olunur

 Astana, 15 noyabr, AZƏRTAC

Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi ticarət obyektlərinin terror əleyhinə mühafizəsinin gücləndirilməsinə dair əmr layihəsini ictimai müzakirəyə çıxarıb.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sənəd iri ticarət və əyləncə mərkəzlərində təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib.

Layihəyə əsasən, ümumi sahəsi 10 min kvadratmetrdən çox olan ticarət və əyləncə mərkəzlərinin sahibləri və rəhbərləri terror əleyhinə mühafizəolunma baxımından həssas obyektlərdə fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik şirkətllərlə mühafizə xidmətlərinin göstərilməsinə dair müqavilələr bağlamağa məcbur ediləcəklər.

Həmçinin binaların mühəndis-texniki möhkəmləndirilməsi, giriş-çıxışa nəzarət və videomüşahidə sistemlərinə dair tələblər dəqiqləşdirilir.

Sahəsi 10 min kvadratmetrdən başlayan ticarət-əyləncə mərkəzləri üçün ziyarətçilərin yoxlanılması məqsədilə portativ və stasionar metal detektorlarla təchizatın məcburi tələbi tətbiq olunur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
17
1
azertag.az

2Источники