RU

Çinin şok qızıl əməliyyatı: 5 min ton...

ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çin tərəfindən həyata keçirilən qeyri-rəsmi qızıl alışları rəsmi göstəricilərdən 10 dəfədən çox ola bilər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

Qeyd olunur ki, Çin ABŞ dollarından asılılığı azaltmağa çalışdığı üçün bu, qiymətli metalın rekord səviyyədə bahalaşmasına səbəb olur:

“Rəsmi məlumatlara görə, Çin Mərkəzi Bankı bu il ayda cəmi 1,9–2,2 ton qızıl alıb, lakin bazarda bu rəqəmlərə inanan çox azdır. “Société Générale” analitikləri Çin üzrə real alışların 2025-ci ildə 250 tona çata biləcəyini hesablayırlar, bu isə dünya üzrə mərkəzi bankların ümumi tələbatının üçdə birindən çoxdur.

Alışların qeyri-şəffaf olması qiymətlərin proqnozlaşdırılmasını çətinləşdirir. “Carlyle” şirkətinin enerji strategiyaları üzrə baş strateqi Ceff Karri bildirib ki, Çin qızılı dedollarizasiya strategiyasının bir hissəsi kimi alır və neftdən fərqli olaraq, qızılın tədarükünü peyklərlə izləmək mümkün deyil.

Treydlər alternativ məlumat mənbələri axtarırlar: məsələn, İsveçrə və ya Cənubi Afrikadan 400 unsiyalıq iri qızıl külçələrinə verilən sifarişlər, hansılar ki, sonradan Çinə göndərilir. Bəzi ekspertlərin fikrincə, Çinin faktiki qızıl ehtiyatları rəsmi rəqəmlərin iki dəfə çoxu — təxminən 5000 ton ola bilər.

Son illərdə mərkəzi banklar böyük həcmdə qızıl alırlar və bu da qiyməti bir unsiya üçün 4300 dollardan yuxarı qaldırıb. ABŞ-dan kənar ölkələrin dünya ehtiyatlarında qızılın payı 10%-dən 26%-ə yüksələrək dollardan sonra ikinci ən böyük ehtiyat aktivinə çevrilib”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
38
2
axar.az

3Источники