Argentinanın paytaxtı Buenos-Ayres şəhərindəki sənaye parkında güclü partlayış baş verib.
Redaktor.az-ın xəbərinə görə, yerli media yazır ki, sənaye parkında kimya müəssisələri və plastik zavodlar da daxil olmaqla, ən azı 25 şirkət var.
Artıq 200-dən çox insan təxliyə edilib, ən azı 22 nəfər yaralanıb.
Alov təxminən 20 metr yüksəkliyə çatır, partlayışın səbəbi hələlik məlum deyil.