Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, heykəltəraş-rəssam Elman Cəfərov 74 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun müəllim kimi fəaliyyət göstərdiyi Naxçıvan Dövlət Universiteti məlumat yayıb.
Bildirilib ki, E.Cəfərov universitetin İncəsənət fakültəsinin “Təsviri incəsənət” kafedrasının müəllimi işləyib.
Qeyd edək ki, Elman Cəfərov Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Rəssamlar Birliyinin üzvü olub.
Rəssamın yaradıcılığında “Babək”in atlı heykəli, “Dədə Qorqud”un ilkin heykəli, “Mir Həsən Seyidov”un büstü və digər monumental əsərlər xüsusi yer tutur.

Bizim.Media