RU

TAP ilə indiyədək nəql edilmiş təbii qazın həcmi açıqlanıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyədək təxminən 52,7 milyard kubmetr təbii qaz nəql edilib.

Bu barədə TurkicWorld Energetika Nazirliyinə istinadən xəbər verir.

"Cənub Qaz Dəhlizinin mühüm mərhələlərindən biri olan TAP Azərbaycanın enerji sahəsindəki etibarlı tərəfdaşlıq mövqeyini daha da gücləndirir. Eyni zamanda, regionda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) istismara verilməsindən 5 il ötür.


Избранный
27
2
turkic.world

3Источники