RU

Deputat Nigar Arpadarai COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

Milli Məclisin deputatı, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai Braziliyanın Belem şəhərində COP30 çərçivəsində keçirilən parlament görüşündə iştirak edib.Newscenter.az xəbər verir ki, COP zamanı milli parlamentlər üçün əsas platforma hesab olunan Parlamentlərarası İttifaqın Parlament Görüşü qlobal iqlim dəyişiklikləri ilə mübarizədə parlamentlərin rolunun gücləndirilməsinə və ortaq həll yollarının müəyyənləşdirilməsinə xidmət edir. Tədbir bu il Braziliya Parlamenti və Parlamentlərarası İttifaq tərəfindən birgə təşkil olunub.Nigar Arpadarai tədbir çərçivəsində keçirilən “Milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC-lərin) həyata keçirilməsi üçün parlament fəaliyyətinin gücləndirilməsi” adlı panel müzakirəsində çıxış edib. O, ötən il Bakının ev sahibliyi etdiyi COP29-un nəticələrinin tarixi əhəmiyyəti, eləcə də iqlim dəyişmələri ilə mübarizə mövzusunda parlament fəaliyyətinin gücləndirilməsinin vacibliyi barədə fikirlərini bölüşübSüleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
4
newscenter.az

6Источники