RU

FHN-in Aran Regional Mərkəzi təlim keçirib -VİDEO

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda Kür çayının Mingəçevir şəhərindən keçən hissəsinin sahilində təlim keçirilib.

Nazirliyin Mətbuat xidmətindən Redaktor.az-a  verilən xəbərə görə, təlimə FHN-in yerli qurumlarının, DİN Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir xətt polis məntəqəsi və Mingəçevir şəhər Polis şöbəsinin post patrul xidmətinin və TƏBİB-n Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şəxsi heyəti və texnikası cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd cəlb olunan qüvvələrin mümkün fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, cavabdeh şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi olub.

Təlim zamanı iki ədəd kiçikhəcimli gəminin şərti toqquşma hadisəsi və bu zaman həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər simulyasiya edilib. Belə ki, “qəza” zamanı “zərərçəkmişlər” xilasedicilər tərəfindən “xilas olunaraq ilk yardım” göstərildikdən sonra aidiyyəti üzrə təcili tibbi yardım briqadasına təhvil veriliblər. Gəmidə baş vermiş şərti yanğın yanğınsöndürənlər tərəfindən “söndürülüb, digər ərazilər yanğından mühafizə edilib”.

Təlimdə ümumilikdə xüsusi təyinatlı 11 ədəd texnika və 57 nəfərdən ibarət şəxsi heyət iştirak edib.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Избранный
22
10
redaktor.az

10Источники