RU

​​​​​​​TAP ilə nəql edilən qazın həcmi 53 mlrd. kubmetrə yaxınlaşıb

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Trans-Adriatik Boru Kəməri (TAP) ilə indiyə qədər nəql edilən qazın həcmi 52,7 mlrd. kubmetrə çatıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, TAP-ın istismara verilməsindən 5 il ötür. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TAP Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş mövqeyini daha da gücləndirir.

Nazirlik bildirir ki, istismara verildiyi vaxtdan bu günədək TAP vasitəsilə təxminən 52,7 mlrd. kubmetr təbii qaz nəql edilib. Kəmər həmçinin regionda enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
4
cebheinfo.az

5Источники